“Yuventus”u mütləq tərk edəcək – Serb hücumçu
Duşan Vlahoviçlə “Yuventus”un yollarını ayırması artıq əvvəlcədən müəyyən edilib və bu, cari transfer pəncərəsində olmasa da, yayda mütləq baş verəcək.
Komanda.az “juvenews.eu”-ya istinadən xəbər verir ki, serbiyalı hücumçu İtaliyanı qışda tərk etməsə, yayda mütləq gedəcək.
“Çelsi” də daxil olmaqla İngiltərənin digər klubları Vlahoviçin xidmətində maraqlıdır. O, son üç ildir ki, “Yuventus”da çıxış edir.
24 yaşlı forvard 2022-ci ilin əvvəlində, qış transfer pəncərəsində “Fiorentina”dan 70 milyon avrodan çox məbləğə alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin