“Yuventus”un hücumçusu “Atletiko”ya keçir
“Yuventus”un hücumçusu Moyze Kin “Atletiko”ya keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, madridlilər 23 yaşlı futbolçunu mövsümün sonuna qədər 400 min avro və tam maaş qarşılığında icarəyə götürür. Danışıqlar son mərhələdədir.
Kin 2021-ci ildən Turin komandasında çıxış edir. O, bu mövsüm “Yuventus”un heyətində 12 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin