“Yuventus”la “Napoli”dən ilk oyunda darmadağın

İtaliya A Seriyasında 2022/23 mövsümünün ilk turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

Səfərdə “Verona” ilə qarşılaşan “Napoli” darmadağına sevinib. “Yuventus” da “Sassuolo” ilə ev oyunundan oxşar qələbə ilə ayrılıb.

İtaliya A Seriyası
1-ci tur
15 avqust

Verona – Napoli 2:5
Qol
: Lasanya, 29. Henri, 48 – Kvaratsxeliya, 37. Osimhen, 45+3. Zelinski, 55. Lobotka, 65. Politano, 79.

Yuventus – Sassuolo 3:0
Qol
: Di Mariya, 26. Vlahoviç, 43-pen; 51.