“Yuventus”la “Milan”dan səfər qələbəsi
İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün son 5 görüş baş tutub.
“Roma” – “Atalanta” matçında qalib müəyyənləşməyib. “Empoli” evdə “Milan”a, “Napoli” isə səfərdə “Torino”ya 3 cavabsız uduzub.
“Udineze” doğma meydanda “Latsio”ya, “Salernitana” da “Yuventus”a məğlub olub.
Hazırda 48 xala malik “İnter” vahid liderdir. “Yuventus” 46 xalla ikinci, “Milan” 39 xalla üçüncü pillədə qərarlaşıb. “Fiorentina”nın 33, “Bolonya”nın 32, “Atalanta” və “Latsio”nun 30, “Roma”nın 29, “Napoli”nin 28 xalı var.
İtaliya A Seriyası
19-cu tur
5 yanvar
Bolonya – Cenoa 1:1
Qollar: De Silvestri, 90+6 – Qudmundsson, 20.
6 yanvar
İnter – Verona 2:1
Qollar: L.Martines, 13. Frattezi, 90+3 – Henri, 74.
Frozinone – Montsa 2:3
Qollar: Harrui, 56. Sule, 76-pen – Mota, 18. Karboni, 45. Sule, 55-öz qapısına.
Leççe – Kalyari 1:1
Qollar: Jandre, 31 – Oristanio, 68.
Sassuolo – Fiorentina 1:0
Qol: Pinamonti, 9.
7 yanvar
Empoli – Milan 0:3
Qollar: Loftus-Çik, 11. Jiru, 31. Traore, 88.
Torino – Napoli 3:0
Qollar: Sanabriya, 43. Vlaşiç, 52. Bonjorno, 66.
Udineze – Latsio 1:2
Qollar: Uolas, 59 – Pelleqrini, 12. Vesino, 76.
Salernitana – Yuventus 1:2
Qollar: Macciore, 39 – Junior, 65. Vlahoviç, 90+1.
Roma – Atalanta 1:1
Qollar: Dibala, 39-pen – Kopmeyners, 8.
Bizi Facebook-da izləyin