“Yuventus”la “Milan”a bir qol bəs etdi
İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
“Kalyari” – “Empoli” matçı qolsuz bitib. “Atalanta” “Leççe”ni, “Salernitana” “Verona”nı, “Milan” “Sassuolo”nu, “Yuventus” isə “Roma”nı tək qolla üstələyib. “Udineze” də “Bolonya”ya böyük hesabla qalib gəlib.
Hazırda 45 xala malik “İnter” vahid liderdir. “Yuventus” 43 xalla ikinci, “Milan” 36 xalla üçüncü pillədə qərarlaşıb. “Fiorentina” 33, “Bolonya” 31, “Atalanta” 29, “Roma” və son çempion “Napoli” 28 xal toplayıblar.
İtaliya A Seriyası
18-ci tur
29 dekabr
Fiorentina – Torino 1:0
Qol: Ranyeri, 83.
Napoli – Montsa 0:0
Cenoa – İnter 1:1
Qollar: Draquşin, 45+7 – Arnautoviç, 42.
Latsio – Frozinone 3:1
Qollar: Kastelyanos, 71. İsaksen, 72. Patrik, 84 – Soule, 57-pen.
30 dekabr
Atalanta – Leççe 1:0
Qol: Lukman, 58.
Kalyari – Empoli 0:0
Udineze – Bolonya 3:0
Qollar: R.Pereyra, 23. Lukka, 48. Payero, 52.
Milan – Sassuolo 1:0
Qol: Pulişiç, 59.
Verona – Salernitana 0:1
Qol: Tçauna, 48.
Yuventus – Roma 1:0
Qol: Rabyo, 47.
Bizi Facebook-da izləyin