“Yuventus”la Milan klublarından növbəti qələbə

İtaliya A Seriyasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Roma” “Torino” ilə ev oyununda xal itirib. “Montsa” “Salernitana”nı darmadağınla yola salıbsa, “Verona” evdə “Spetsiya”ya uduzub. “Atalanta” – “İnter” matçında qonaqlar qalib gəliblər. “Milan” isə “Fiorentina” ilə ev oyunundan qalib ayrılıb. “Yuventus” da “Latsio”nu 3 cavabsız qolla məğlub edib.

15 turdan sonra 41 xala malik “Napoli” vahid liderdir. İkinci pillədəki “Milan”ın 33, üçüncü olan “Yuventus”un 31 xalı var. “Latsio” və “İnter” 30, “Atalanta” və “Roma” 27 xal toplayıb.

İtaliya A Seriyası
15-ci tur

11 noyabr

Empoli – Kremoneze 2:0
Qol
: Kambyaqi, 46. Parisi, 88.

12 noyabr

Napoli – Udineze 3:2
Qol
: Osimhen, 15. Zelinski, 31. Elmas, 58 – Nesterovski, 79. Samardziç, 82.

Sampdoriya – Leççe 0:2
Qol
: Kolombo, 45+1. Banda, 83.

Bolonya – Sassuolo 3:0
Qol
: Ebişer, 30. Arnautoviç, 50. Ferquson, 78.

13 noyabr

Atalanta – İnter 2:3
Qol
: Lukman, 25. Palomino, 77 – Dzeko, 36; 56. Palomino, 61-öz qapısına.

Roma – Torino 1:1
Qol
: Matiç, 90+4 – Linetti, 55.

Montsa – Salernitana 3:0
Qol
: Auqusto, 24. Mota, 35. Pessina, 76-pen.

Verona – Spetsiya 1:2
Qol
: Verdi, 30 – Nzola, 53; 69.

Milan – Fiorentina 2:1
Qol
: Leao, 2. Milenkoviç, 90+2-öz qapısına – Barak, 28.

Yuventus – Latsio 3:0
Qol
: Kin, 43; 54. Milik, 90.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button