
“Yuventus”dan yeni rekord
“Yuventus” İtaliya kubokunun 1/4 final mərhələsinə yüksəlməklə yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, Turin klubu buna 1/8 finalda “Monza” üzərində 2:1 hesablı qələbə qazanmaqla nail olub.
Ardıcıl 16-cı dəfə ölkə kubokunda 1/4 finala adlayan komanda bu baxımdan turnirin rekordçusudur. “Yuventus” sonuncu dəfə 2006/2007 mövsümündə, İtaliya B seriyasında çıxış edərkən kubokda 1/8 final səddini aşa bilməyib.
“Qoca sinyora”nın 1/4 finalındakı rəqibi ardıcıl 12-ci dəfə bu mərhələdə iştirak hüququ əldə edən “Latsio” olacaq. Komandalar arasında oyun fevralın 1-də, Romada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin