
“Yuventus”dan milli üzvü ilə yeni müqavilə
“Yuventus” Fransa millisinin futbolçusu Pyer Kalulu ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü icarə əsasında A Seriyasının digər klubu “Milan”da keçirən 25 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Kalulu ümumilikdə “Yuventus”un heyətində bütün yarışlarda 39 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



