“Yuventus” futbolçusunu “Fiorentina”ya icarəyə verdi – Rəsmi
“Fiorentina” “Yuventus”un futbolçusu Artur Melonu icarəyə götürüb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Fiorentina” 2 milyon avro icarə haqqı ödəyib, daha 2 milyon avro isə bonus olaraq veriləcək. Florensiya klubu braziliyalı yarımmüdafiəçini qarşıdakı mövsümün sonunda 20 milyon avroya almaq hüququna malikdir.
Artur ötən mövsüm icarə əsasında “Liverpul”da çıxış edib və cəmi bir oyunda meydana çıxıb. Braziliya millisinin üzvü daha öncə “Qremio” və “Barselona”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin