“Yuventus”un sabiq futbolçusu “Qalatasaray”a keçə bilər
Adrien Rabyo karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı fransalı futbolçuya iddialıdır. İstanbullular transfer pəncərəsinin son günündə onu transfer etmək istəyirlər.
“Yuventus” iyulun 18-də 29 yaşlı yarımmüdafiəçinin müqaviləsinin başa çatması səbəbindən komandadan ayrıldığını açıqlayıb.
Rabyo 2019-cu ildən İtaliya klubunda çıxış edirdi. O, bu müddət ərzində İtaliya çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin