“Yuventus”dan ayrılan futbolçu “Milan”a keçməkdən imtina edib

“Yuventus”un sabiq yarımmüdafiəçisi Adrien Rabyo digər İtaliya klubundan təklif alıb.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Milan” yarımmüdafiəçini transfer etmək istəsə də, fransalı futbolçu artıq bundan imtina edib.

Rabyo bu yay “Yuventus”dan azad agent kimi ayrılıb və hələ də özünə yeni komanda tapa bilmir. O, daha əvvəl “Qalatasaray”dan təklif alsa da, Türkiyə klubuna keçməkdən imtina edib.

29 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir, onu son illər “Mançester Yunayted” və “Arsenal” izləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button