Alleqri onun satılmasını istəmir

“Yuventus”dan ayrılacağı iddia olunan Rodriqo Bentankurun klubdakı gələcəyi məlum olub.

Komanda.az xəbər verir ki, “qoca sinyora” uruqvaylı yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, baş məşqçi Massimiliano Alleqrinin rəhbərlikdən Bentankuru satmamasını istədiyi bildirilib.

Alleqri 24 yaşlı yarımmüdafiəçini komandanın vacib bir üzvü kimi qiymətləndirir.

Bentankurun “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, “qoca sinyora” ilə A Seriyasında ümumilikdə 114 oyunda 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button