“Yuventus”dan 42 yaşlı əfsanə ilə yeni müqavilə
İtaliya nəhəngi “Yuventus” qapıçısı Canluici Buffonla yeni müqavilə imzalamağa hazırlaşır.
Komanda.az xəbər verir ki, 42 yaşlı qolkiperin Turin klubu ilə mövcud müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Bu üzdən də tərəflər yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.
“Corriere della Sera”nın iddiasına görə, “Yuventus” Buffonla yanaşı, digər təcrübəli futbolçu Corco Kyellini ilə də yeni müqavilə imzalayacaq.
Karyerası ərzində dünya çempionluğu ilə yanaşı, xeyli uğurlara imza atan Canluici, yalnız UEFA Çempionlar Liqasının qalibi ola bilməyib. Üç dəfə bu turnirdə finala çıxan futbolçu, hər dəfə ikinciliklə kifayətlənməli olub. Bir illik PSJ karyerasının ardından mövsümün əvvəlində yenidən “Yuventus”a qayıdan futbolçu bu həsrətinə son qoymaq ümidindədi. Amma cari mövsümdə Turin təmsilçisinin əsas qapıçısı Voyçex Şensnının əvəzedicisinə çevrilən Buffon, cəmi 11 oyuna çıxıb (A Seriyasında 7, İtaliya kubokunda 3, Çempionlar Liqasında 1 matç).
İlk peşəkar oyununa 1995-ci ildə “Parma”da çıxan Buffon, karyerasında 25-ci ilini keçirir.
Bizi Facebook-da izləyin