“O gün mənim üçün həqiqətən unudulmaz oldu” – Kyellini
“Yuventus”un sabiq futbolçusu Corco Kyellini İtaliya klubundakı ən yaxşı xatirəsindən danışıb.
Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “Yuventus”dakı son ev oyununun onun üçün unudulmaz olduğunu deyib:
“Yuventus”dakı ən yaxşı anım son ev oyunum idi. Təbii ki, çoxsaylı qələbələr istisna olmaqla. Bu, karyeramın sonunda baş verdi və mən bundan həzz aldım. Uşaqlarım, ailəm orada idi və o gün mənim üçün həqiqətən unudulmaz oldu”.
Kyellini 2023-cü il dekabrın ortalarında futbolçu karyerasını başa vurub. Peşəkar futbolla 23 il ərzində məşğul olan keçmiş müdafiəçi “Livorno”, “Fiorentina” və “Yuventus” kimi komandalarda çıxış edib. Onun son klubu “Los Anceles” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin