“Yuventus”da yeni müqavilə
“Yuventus” müdafiəçisi Danilonun müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, Braziliya millisinin də üzvü olan 31 yaşlı futbolçunun yeni müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Danilo 2019-cu ildən oynadığı “Yuventus”da 142 oyuna 8 qol vurub. Müdafiəçi “Amerika Mineyro”, “Santos”, “Portu”, “Real” və “Mançester Siti”də də oynayıb. O, Braziliya millisində də 49 oyuna 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin