“Yuventus”da yeni müqavilə

“Yuventus” futbolçusu Manuel Lokatelli ilə yeni müqavilə imzalayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin yayına kimi uzadılıb.

Lokatelli bu mövsüm 11 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.

İtaliya çempionatının 11 turundan sonra “Yuventus” 26 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button