
“Yuventus”da yeni müqavilə
“Yuventus” müdafiəçisi ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Turin təmsilçisi Federiko Qattinin sözləşməsinin müddətini uzadıb.
25 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
“Yuventus” Qattini ötən ilin yayında “Frozinone”dən transfer edib.
İtaliyalı oyunçu komandanın heyətində meydana çıxdığı 7 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin