
“Yuventus”da yeni müqavilə
“Yuventus” 31 yaşlı mərkəz müdafiəçisi Daniele Ruqani ilə yeni müqavilə imzaladığını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq.
Ruqani 2012-ci ildən “Yuventus”da çıxış edir. O, “qoca sinyora”nın heyətində 152 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



