“Yuventus”da yeni hücumçu

“Yuventus” yeni oyunçu ilə güclənib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Lill”dən Timoti Veanı alıb.

23 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Keçid “Yuventus”a 10,3 milyon avroya başa gəlib. Bu məbləğ 2 il ərzində ödəniləcək. Mümkün bonus ödənişlərinin məbləği 2,1 milyon avrodur.

ABŞ milli komandasının da üzvü olan Vea 2019-cu ildə PSJ-dən “Lill”ə gəlmişdi. O, bu komandada 107 oyuna 8 qol vurub. Sağ cinah vingeri ABŞ millisində də 29 oyuna 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button