“Yuventus”da baş məşqçi ilə bağlı qərar verilib

“Yuventus”un baş məşqçisi İqor Tudor görünür, postunda qalacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi növbəti mövsümdə də xorvatiyalı mütəxəssislə əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Klub rəhbərliyi sabah Tudorun agenti ilə görüşəcək və tərəflər yeni müqavilənin şərtlərini müzakirə edəcəklər.

47 yaşlı çalışdırıcı martda istefaya göndərilən Tiaqo Mottanın yerinə təyin olunmuşdu. O, qarşıya qoyulan məqsədi yerinə yetirərək “Yuventus”u A Seriyasının turnir cədvəlində 4-cü pilləyə yüksəldib və komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button