Ronaldo “Milan”la oyunda olacaq?
“Yuventus”un zədəli futbolçusu Kriştiano Ronaldonun durumuna aydınlıq gəlib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya millisinin AÇ-2020-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşdığı matçda (1:1) zədələnən Ronaldo, artıq komandayla birgə məşqlərə başlayıb.
Ronaldonun İtaliya A Seriyasının 31-ci turunda keçiriləcək “Yuventus”un “Milan”la oyununa qədər tam hazır olacağı və matça start heyətdə başlayacağı bildirilir.
34 yaşlı hücumçu “Yuventus”un son turda “Kalyari”ni məğlub etdiyi matçda (2:0) iştirak etməmişdi.
“Yuventus” – “Milan” matçı aprelin 6-da, saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin