“Real”a keçməyə çox yaxın olub, amma…
“Los Anceles”in müdafiəçisi Corco Kyellini “Real”la bağlı açıqlama verib.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, “Yuventus”un sabiq futbolçusu vaxtı ilə La Liqa klubuna keçməyə yaxın olduğunu söyləyib:
“Real”a keçməyə çox yaxın idim, son addımlar atılacaqdı. Onların mənimlə maraqlandığını başa düşəndə şərəf hissi keçirdim. Lakin sonda “Yuventus”da qaldım. “Qoca sinyora”da əldə etdiklərimlə fəxr edirəm”.
38 yaşlı futbolçu hazırda MLS-də çıxış edir. Cari mövsümdə o, “Los Anceles”in heyətində bütün turnirlər daxil olmaqla yeddi oyuna çıxıb, bir qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin