Kumiri Poqba, arzusu “Yuventus”da oynamaqdır

“Qalatasaray”ın yarımmüdafiəçisi Nikolo Zaniolo İtaliyanın “Yuventus” klubu haqda danışıb.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, o, uşaqlıqdan bəri Turin klubunda çıxış etmək istədiyini deyib:

“İstər Çempionlar Liqasında iştirak etsinlər, istərsə də orada çıxış etməsinlər. Bu, reallığı dəyişmir. “Yuventus”da oynamaq mənim arzumdur. Uşaqlıqdan bu yana həmin klubda forma geyinmək istəyirəm. Pol Poqba mənim kumirimdir”.

23 yaşlı futbolçu qışda “Roma”dan Türkiyə təmsilçisinə keçib. O, İstanbul klubunun heyətində 11 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button