“Yuventus”da görüş oldu: Alleqri ayrılır?
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun prezidenti Andrea Anyelli ilə görüşüb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Yeni müqaviləylə bağlı müzakirələr aparan tərəflər razılığa gələ bilməyib. Gələcəyi sual altında olan Alleqrinin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
2014-cü ildən “Yuventus”u çalışdıran Alleqrinin hazırkı müqaviləsi 2020-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin