“Yuventus”da daha bir ciddi itki
İtaliyanın “Yuventus” klubu daha bir itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “qoca sinyora”nın futbolçusu Artur sıradan çıxıb. Sağ ayağından zədələnən braziliyalı futbolçu komandanın son məşqlərini buraxıb. Arturun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Onun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində fevralın 18-də keçiriləcək “Portu” ilə oyunda iştirak etməyəcəyi də vurğulanıb.
Komandanın digər zədəliləri – Paulo Dibala və Leonardo Bonuççinin də A Seriyasının növbəti turunda keçiriləcək “Napoli” ilə oyunu buraxacağı, lakin “Portu” ilə matça hazır olacaqları bildirilir.
“Napoli” – “Yuventus” oyunu sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin