“Yuventus”da 3 həftəlik itki
“Yuventus”un futbolçusu Anxel Di Mariya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az Turin klubunun rəsmi saytına istinadən xəbər verir ki, İsraildə “Makkabi”yə (Hayfa) 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 4-cü tur oyununda zədələnən 34 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən xəsarət alıb.
O, təxminən 20 gün sonra məşqlərə başlayacaq.
Di Mariya bu ilin iyulunda “Yuventus”a keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin