“Yuventus”a qalib gələ bilərik” – Van der Sar

Çempionlar Liqasının 1/4  final mərhələsində “Yuventus”la qarşılaşacaq “Ayaks”ın rəsmisi Edvin Van der Sar açıqlama verib.

Komanda.az xəbər verir ki, “Sport Mediaset”ə açıqlama verən klub rəsmisi, “Yuventus”u mübarizədən kənarlaşdıra biləcəklərini deyib:

“Yuventus”a qarşı çox həyəcanlı oyunlar keçirəcəyik. Bu mərhələdə mübarizə aparacağımız üçün xoşbəxtik. “Real”la matçda yüksək səviyyəli futbol oynadıq. Eyni şeyi “Yuventus”a qarşı da təkrarlamaq istəyirik. “Yuventus”a qalib gələ bilərik. “Real”a qalib gəldik, qrup mərhələsində “Bavariya”ya qarşı möhtəşəm futbol göstərdik. Bu oyunlar bizə inam verir”.

Hazırda “Yuventus”un formasını geyinən Kriştiano Ronaldo ilə “Mançester Yunayted”də komanda yoldaşı olmuş keçmiş futbolçu, portuqaliyalı hücumçu haqqında da danışıb:

“Ronaldonu çox yaxşı tanıyıram, 4 il onunla birlikdə oynamışam. Nə qədər sürətli sağaldığını və zehni olaraq nə qədər güclü olduğunu bilirəm. Qalib gəlmək üçün meydanda hər şeyi edər. O, hər zaman qazanmaq istəyir, amma biz də qalib gəlmək istəyirik. O, qol vurmaq üçün Matteys de Liqti keçməli olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button