“Yuventus”a keçməyə razıdır – Qanalı futbolçu
“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti karyerasını “Yuventus”da davam etdirə bilər.
Komanda.az “Sky İtalia”-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Turin təmsilçisinə keçməyə razılıq verib. “Yuventus” Partiyə 3 illik müqavilə təklif etməyə hazırdır.
Qanalı futbolçu 2020-ci ilin oktyabrından “topçular”ın formasını geyinir. O, 2022/23 mövsümündə London klubunun heyətində 40 oyuna çıxıb və üç qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin