İngiltərəli futbolçu 8,5 milyon avrodan imtina etməlidir – “Yuventus”a keçmək üçün

“Mançester Yunayted”in vingeri Ceydon Sanço “Yuventus”un maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu hücumçuları Matias Sule və Federiko Kyezanı satarsa, ingiltərəli yarımmüdafiəçini almağa çalışacaq.

“Yuventus”a keçə bilmək üçün Sanço maaşında ciddi endirim etməli olacaq. O, illik 8,5 milyon avrodan imtina etməli və “Yuventus”un şərtlərini qəbul etməlidir.

24 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında Dortmund “Borussiya”sında icarə əsasında forma geyinərək, komandanın Çempionlar Liqasının finalına yüksəlməsinə kömək etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button