“Bayern”ə hücum futbolu oynamaq üçün gəlmişəm” – de Liqt
“Bayern”in yeni futbolçusu Matteys de Liqt “Yuventus”dakından fərqli karyera yaşayacağına ümid edir.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, niderlandlı müdafiəçi, əvvəlki klubu “Yuventus”un daha çox hücum futbolu oynayacağını gözləyirmiş:
“Bura hücum futbolu oynamaq fikri ilə gəlmişəm. Turində də “Ayaks”dakı oyun üslubunun olacağını gözləyirdim”.
22 yaşlı müdafiəçi ötən mövsüm “Yuventus”un heyətində bütün turnirlərdə 42 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin