“Yuventus” yenə B Seriyasına göndərilə bilər
İtaliyanın “Yuventus” klubu yenidən B Seriyasına göndərilə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Buna klubun son illərdə həyata keçirdiyi azı 42 transfer zamanı ciddi maliyyə pozuntularına yol verməsi səbəb göstərilir. Belə ki, “Yuventus” rəhbərliyi təxminən 60 milyon avro məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Turin polisi istintaqa lazım olan sənədləri toplamaq üçün klubun ofislərində axtarış aparıb.
Turin təmsilçisinin günahı sübuta yetirilsə, ciddi sanksiyalarla üzləşə bilər. Belə ki, komandanın 2019/20 mövsümündə qazandığı çempionluğu əlindən alınması gözlənilir. Bundan əlavə, “qoca sinyora”nın B Seriyasına göndərilməsi də istisna olunmur.
Xatırladaq ki, “Yuventus” daha öncə də oyun altı-satqısında iştiraka görə B Seriyasına göndərilmiş, 2005 və 2006-cı illərdəki çempionluqları əlindən alınmışdı.
Bizi Facebook-da izləyin