“Yuventus” 50 milyon avroya aldığı futbolçunu satışa çıxarır

“Yuventus” yarımmüdafiəçisi Duqlas Luislə yollarını ayırmaq qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu İtaliyada uğursuz debüt mövsümü keçirib və indi “qoca sinyora” onu satışa çıxarır. Artıq bu ona barədə məlumat verilib və yaxın vaxtlarda oyunçudan yeni klub tapması xahiş olunub. “Fulhem” və “Everton” Luis üçün əsas namizədlər hesab edilir. Eyni zamanda, “Mançester Yunayted” də yarımmüdafiəçini transfer etmək haqda düşünür.

“Yuventus” 27 yaşlı futbolçunu 2024-cü ilin yayında “Aston Villa”dan 50 milyon avroya alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button