
“Yuventus”un yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər
“Yuventus”un yarımmüdafiəçisi Nikolas Qonsales İtaliya A Seriyasından İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vest Hem” argentinalı futbolçu ilə maraqlanır. Qonsales bu yay onun üçün 26 milyon avro təklif etsələr, klubdan ayrılmağa hazırdır. Yarımmüdafiəçi İngiltərə klubunun heyətində Məhəmməd Kudusu əvəz edə bilər.
27 yaşlı futbolçu son mövsümdə 35 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin