
“Yuventus” yarımfinala darmadağınla yüksəldi
İtaliya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
“Yuventus” doğma meydanda qarşılaşdığı “Frozinone”yə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Daha öncə “Latsio”, “Atalanta” və “Fiorentina” da yarımfinala vəsiqə qazanmışdılar.
Beləliklə, İtaliya Kubokunda finala vəsiqə uğrunda bu komandalar mübarizə aparacaqlar:
Fiorentina – Atalanta
Latsio – Yuventus
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin