“Yuventus” xal itirdi, “Milan” qalib gəldi
İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.
Səfərdə “Kremoneze” ilə qarşılaşan “Torino” turu qələbə ilə başa vurub. Dörd qolun qeydə alındığı “Spetsiya” – “Sassuolo” matçında isə qalib müəyyənləşməyib. Turun mərkəzi matçında “Yuventus”la “Roma” da qalibi müəyyənləşdirə bilməyib. “Milan” isə “Bolonya” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
İtaliya A Seriyası
3-cü tur
26 avqust
Montsa – Udineze 1:2
Qol: Kolpani, 32 – Beto, 36. Udoqi, 77.
Latsio – İnter 3:1
Qol: Anderson, 40. L.Alberto, 75. Pedro, 86 – L.Martines, 51.
27 avqust
Kremoneze – Torino 1:2
Qol: Sernikola, 80 – Vlaşiç, 17. Radonyiç, 65.
Yuventus – Roma 1:1
Qol: Vlahoviç, 2 – Abraham, 69.
Milan – Bolonya 2:0
Qol: Leao, 21. Jiru, 58.
Spetsiya – Sassuolo 2:2
Qol: Bastoni, 30. Nzola, 45+3-pen – Frattezi, 27. Pinamonti, 50.
28 avqust
20:30. Salernitana – Sampdoriya
20:30. Verona – Atalanta
22:45. Fiorentina – Napoli
22:45. Leççe – Empoli
Bizi Facebook-da izləyin