“Yuventus” və “İnter” qalib gəldi, son çempion Romada uduzdu
İtaliya A Seriyasında 17-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.
“Torino” – “Udineze” matçında qalib müəyyənləşməyib. “Yuventus” səfərdə “Frozinone”yə qalib gəlib. “Bolonya” “Atalanta”nı, “Verona” “Kalyari”ni, “İnter” “Leççe”ni, “Roma” da çempion “Napoli”ni məğlub yola salıb.
Hazırd 44 xala malik “İnter” vahid liderdir. “Yuventus” 40 xalla ikinci, “Milan” 33 xalla üçüncü pillədə qərarlaşıb. “Bolonya”nın 31, “Fiorentina”nın 30, “Roma”nın 28, “Napoli”nin 27, “Atalanta”nın 26, “Latsio” və “Torino”nun 24 xalı var.
İtaliya A Seriyası
17-ci tur
22 dekabr
Empoli – Latsio 0:2
Qollar: M.Genduzi, 9. Zakkayni, 67.
Sassuolo – Cenoa 1:2
Qollar: Pinamonti, 28 – Qudmundsson, 64-pen. Ekuban, 87.
Montsa – Fiorentina 0:1
Qol: Beltran, 7.
Salernitana – Milan 2:2
Qollar: Fasio, 42. Kandreva, 63 – Tomori, 17. Yoviç, 90.
23 dekabr
Frozinone – Yuventus 1:2
Qollar: Baez, 51 – K.Yıldız, 12. Vlahoviç, 81.
Bolonya – Atalanta 1:0
Qol: Ferquson, 86.
Torino – Udineze 1:1
Qollar: İliç, 88 – Zarraqa, 81.
İnter – Leççe 2:0
Qollar: Bissek, 43. Barella, 78.
Verona – Kalyari 2:0
Qollar: Nqonqe, 53. Dyuriç, 90.
Roma – Napoli 2:0
Qollar: Pelleqrini, 76. Lukaku, 90+5.
Bizi Facebook-da izləyin