“Yuventus”la “İnter” istədi, “Real” “yox” dedi
“Real” klubunun futbolçusu Marko Asensio üçün olan bütün təkliflərdən imtina etdiyi ortaya çıxıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” ispan futbolçusu üçün “Yuventus”un və “İnter”in 100 milyon avrodan çox olan təkliflərinə “yox” deyib.
Baş məşqçi Zinəddin Zidanın Asensionun komandada qalmasını istədiyi və klubun bu mövsüm onun üçün gələcək bütün təkliflərdən imtina edəcəyi bildirilir.
700 milyon avroluq transfer məbləği müəyyənləşdirilən 23 yaşlı futbolçu, bu mövsüm “Real”ın heyətində keçirdiyi 42 oyunda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin