“Yuventus” Vlahoviçlə bağlı qərar verib

“Yuventus”un texniki direktoru Kristiano Gintoli hücumçu Duşan Vlahoviçlə danışıqlar barədə fikirlərini bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəsmisi Vlahoviç və onun agenti ilə əla münasibətlərinin olduğunu söyləyib:

“Duşan və onun agenti ilə əla münasibətimiz var. Transfer pəncərəsi bağlandıqdan sonra müzakirələr aparmağa qərar verdik. Müqavilənin başa çatmasına bir ildən çox vaxt qalıb. Ona görə də bizim hər şeyi razılaşdırmaq və birlikdə səyahətimizə davam etmək üçün vaxtımız var”.

Tərəflər əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar, ancaq şərtləri hələ razılaşdırmayıblar. Serbiyalı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Vlahoviçlə “Arsenal” və “Mançester Yunayted” də maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button