“Fiorentina” səfərdə xal itirdi
İtaliya A Seriyasında 8-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Açılış oyununda “Latsio” “Atalanta” ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada qonaqlar 3:0-lıq üstünlüyü əldən veriblər.
“Napoli” “Verona”nı, “Yuventus” isə “Bolonya”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.
Turun əksər görüşləri bazar gününə təsadüf edib. “Kalyari” SPAL-ı, “Udineze” “Torino”nu, “Parma” “Cenoa”nı məğlub yola salıb. “Sampdoriya” – “Roma” matçında hesab açılmayıb.
“İnter” bu turda “Sassuolo” səfərinə yollanıb. Yeddi qolun qeydə alındığı qarşılaşma Milan təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb. Mövsümə uğursuz start verən “Milan” isə “Leççe”ni sınağa çəkib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.
Turun son oyununda “Fiorentina” səfərdə “Breşiya” ilə üz-üzə gəlib. Florensiya təmsilçisi bu görüşdə xal itkisi ilə üzləşib.
İtaliya A Seriyası, 8-ci tur
19 oktyabr
Latsio – Atalanta 3:3
Qol: İmmobile, 69-pen; 90+3-pen. Korrea, 70 – Muriel, 23; 28. A.Qomes, 37.
Napoli – Verona 2:0
Qol: Milik, 37; 67.
Yuventus – Bolonya 2:1
Qol: Ronaldo, 19. Pyaniç, 54 – Danilo, 26.
20 oktyabr
Sassuolo – İnter 3:4
Qol: Berardi, 16. Dyuriçiç, 74. Boqa, 82 – L.Martines, 2; 71-pen. Lukaku, 38; 45-pen.
Kalyari – SPAL 2:0
Qol: Naynqqolan, 9. Faraqo, 67.
Sampdoriya – Roma 0:0
Udineze – Torino 1:0
Qol: Okaka, 42.
Parma – Cenoa 5:1
Qol: Kuçka, 38. Kornelius, 42; 45+1; 50. Kuluşevski, 79 – Pinamonti, 52.
Milan – Leççe 2:2
Qol: H.Çalhanoğlu, 20. Pyontek, 81 – Babakar, 62. Kalderoni, 90+2.
21 oktyabr
Breşiya – Fiorentina 0:0
Bombardir: Ciro İmmobile (Latsio) – 9 qol.
Bizi Facebook-da izləyin