“Yuventus” və “Bavariya”nın sabiq futbolçusu Türkiyə klubunda
Futbol üzrə Mərakeş yığmasının sabiq müdafiəçisi Medhi Benatya karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu Super Liqa təmsilçisi “Fatih Karagümrük” ilə anlaşıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq Qətərin “Əl-Duhail” klubunun formasını geyinmiş təcrübəli futbolçu azad agent kimi transfer olunub. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.
Benatya 2019-cu ildən “Əl-Duhail”də çıxış edirdi. O, daha öncə “Tur”, “Klermon”, “Udineze”, “Roma”, “Bavariya” və “Yuventus” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin