“Yuventus” və “Milan”ın sabiq üzvü karyerasını başa vurdu
Futbol üzrə İtaliya yığmasının, “Yuventus” və “Milan” klublarının sabiq yarımmüdafiəçisi Antonio Noçerino karyerasını başa vurub.
Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. 34 yaşlı futbolçu karyerası ərzində ona dəstək olan, çalışdığı və birgə oynadığı hamıya hər kəsə təşəkkür edib.
“Yuventus”un yetirməsi olan Noçerino karyerası ərzində “Avellino”, “Cenoa”, “Katanzaro”, “Krotone”, “Messina”, “Pyaçentsa”, “Palermo”, “Milan”, “Vest Hem” (İngiltərə), “Torino”, “Parma”, “Orlando Siti” (ABŞ) və “Benevento” kimi klublarda da çıxış edib. Yarımmüdafiəçi İtaliya millisində də 15 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin