
“Yuventus” ukraynalı futbolçu üçün təklif göndərib
Ukrayna millisinin və “Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov karyerasını İtaliya çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus” ukraynalı futbolçunu transfer etməkdə maraqlıdır.
Turin klubu Sudakovun transferi üçün təklif göndərib, “Şaxtyor”la danışıqlar davam edir. 22 yaşlı futbolçunun transfer dəyəri 32 milyon avro qiymətləndirilir.
Sudakovun “Şaxtyor”la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin sonunda başa çatacaq. O, Ukrayna çempionatının cari mövsümündə 24 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



