
“Yuventus” ukraynalı futbolçunu istəyir
“Şaxtyor”un yarımmüdafiəçisi Georgi Sudakov “Yuventus”a keçə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı ukraynalı futbolçu ilə maraqlanır. Avropanın digər klubları da futbolçunu izləyir.
Sudakov ötən mövsüm “Şaxtyor”un heyətində bütün yarışlarda 39 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun Ukrayna klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin