“Yuventus” ukraynalı futbolçu üçün danışıqlar aparır

“Yuventus” Ukrayna millisinin futbolçusu Georgi Sudakovu transfer etmək istəyir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin klubu artıq Donetsk “Şaxtyor”unun futbolçusunun nümayəndələri ilə danışıqlar aparır. “Yuventus”un oyunçu üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Sudakov bu mövsüm “Şaxtyor”un heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button