“Yuventus” türkiyəli hücumçu ilə danışıqlara başlayıb
“Yuventus” hücumçusu Kənan Yıldızla əməkdaşlığı uzatmaqda maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 19 yaşlı türkiyəli futbolçu ilə danışıqlara başlayıb.
Tərəflər arasında hazırkı müqavilə 2027-ci ildə başa çatacaq.
“Yuventus” futbolçunun maaşını artırmaqla, əməkdaşlığı daha bir il uzatmaq istəyir.
Kənan Yıldız bu mövsüm 35 matçda iştirak edib, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin