
“Yuventus” türk futbolçuya əvəzləyici kimi onu görür
“Yuventus” “Atalanta”nın hücumçusu Ademola Lukmanla maraqlanır.
Komanda.az “calciomercato”-ya istinadən xəbər verir ki, 19 yaşlı Kənan Yıldız “Yuventus”un əsas heyətində yerini itirib və çox güman ki, qarşıdakı transfer pəncərəsində klub dəyişikliyini düşünəcək.
Turinlilər türk oyunçu ilə yollarını ayırsa, “Atalanta”nın 27 yaşlı futbolçusunu almağa çalışacaq. “Transfermarkt”da Kənan Yıldızın dəyəri 45 milyon avrodur. Lukmanın eyni portaldakı qiyməti isə 55 milyon avro göstərilib.
Nigeriyalı forvard bu mövsümdə Can Pyero Qasperininin komandasında 28 oyunda 15 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin