“Yuventus” türk futbolçunu satmaq fikrində deyil

“Yuventus” hücumçusu Kənan Yıldızı transferə çıxarmaq fikrində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi türkiyəli futbolçu ilə yeni, uzunmüddətli müqavilə imzalamaq üçün danışıqlar aparır. Klub onu 80-100 milyon avro arasında dəyərləndirir. Buna baxmayaraq, 20 yaşlı futbolçunun satışı gündəmdə deyil və “Yuventus” onu heyətdə saxlamaqda qəti qərarlıdır. Ona “Arsenal”ın və “Çelsi”nin maraq göstərdiyi bildirilir.

Kənan Yıldızın “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button