“Yuventus” transfer edə bilmədi, “Bavariya”da qaldı
Almaniyanın “Bavariya” klubundakı gələcəyi müzakirə olunan Jerom Boatenqin taleyinə aydınlıq gəlib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi “Bavariya”dan ayrılmayacaq. “Yuventus” Boatenqi transfer etmək istəsə də, bu, baş tutmayıb. “Bavariya” ilə Turin klubu arasında aparılan danışıqlarda tərəflər razılığa gələ bilməyib.
Almaniyalı futbolçu ən azı qışa qədər “Bavariya”nın şərəfini qoruyacaq.
2011-ci ildən Münhen klubunun şərəfini qoruyan futbolçunun müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin