“Yuventus” Kroosu transfer edə bilər

“Real”ın mərkəz yarımmüdafiəçisi Toni Kroos Madrid klubunu tərk edə bilər.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Yuventus” almaniyalı futbolçunu heyətinə qatmaq niyyətindədir. İtaliya klubu çox güman ki, 34 yaşlı yarımmüdafiəçini azad agent kimi almaqda maraqlı olacaq, çünki yay transfer pəncərəsində onların büdcəsi məhdud olacaq.

Kroos 2014-cü ildən “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Futbolçu bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, bir qol vurub və yeddi məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button