
Xavinin “Yuventus”dan tələbi
“Yuventus” ispaniyalı mütəxəssis Xavi Hernandesi komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, Turin klubu cari mövsüm başa çatdıqdan sonra Tiaqo Mottanı əvəz etməyi planlaşdırır.
“Yuventus” italiyalı məşqçinin rəhbərliyi altında komandanın nəticələrindən narazıdır. Xavi də mümkün əməkdaşlıq üçün ilk şərtini irəli sürüb. O, “Yuventus”un “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesi almasını istəyir.
Xavi ötən yay Kataloniya klubundan ayrılıb və o vaxtdan işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



